Xəzər Xəbər

Saratovda həbsxanada məhkumlar üsyan qaldırıb

Dünya | 09:40 • 7 Mart 2024
Saratovda həbsxanada məhkumlar üsyan qaldırıb

Saratov vilayətində ciddi rejimli koloniyada üsyan baş verib, məhkumlar bir neçə pəncərə və qapını sındırıblar.

Xezerxeber.az Rusiya mətbuatına istinadən xəbər verir ki, üsyanın böyüməsinin qarşısını almaq üçün hadisə yerinə xüsusi təyinatlılar cəlb edilib. 

Bildirilib ki, iğtişaşların başlamasına səbəb kameralarda yoxlamanın aparılması olub.

Qeyd edilib ki, məhkumlarla söhbətdən sonra onlar sakitləşiblər.

Xəbər lenti

Çox oxunanlar