Xəzər Xəbər

Ağ Ev Konqresdən müdafiə xərclərini 850 milyard dollara çatdırmağı xahiş edəcək

Dünya | 09:20 • 7 Mart 2024
Ağ Ev Konqresdən müdafiə xərclərini 850 milyard dollara çatdırmağı xahiş edəcək

ABŞ administrasiyası Konqresdən 2025-ci maliyyə ilində müdafiə xərclərini 1 faiz artıraraq 849,8 milyard dollara çatdırmağı xahiş etmək niyyətindədir.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi öz mənbəsinə istinadla məlumat yayıb.

Məlumata görə, bu, əvvəlcə tələb edilməsi planlaşdırılandan 10 milyard dollar azdır. Keçən il əldə edilmiş borc tavanı razılaşması Ağ Evi tələbini azaltmağa məcbur etdi. Növbəti maliyyə ilində "F-35" qırıcı təyyarələrinin və Virciniya sinifli nüvə sualtı qayıqlarının alınması üçün xərclərin azaldılması gözlənilir. 83 qırıcı əvəzinə 70 qırıcı alınacaq ki, bu da təxminən 1,6 milyard dollar qənaət etməyə imkan verəcək.

Ağ ev silah sistemlərinin alınması üçün ilkin 175,3 milyard dollar əvəzinə 167,5 milyard dollar, tədqiqat və inkişaf üçün isə 145 milyard dollar əvəzinə 143,2 milyard dollar tələb etməyi gözləyir.

Xəbər lenti

Çox oxunanlar