Xəzər Xəbər

Şimali Koreya lideri hərbi təlimləri artırmağa çağırıb

Dünya | 08:35 • 7 Mart 2024
Şimali Koreya lideri hərbi təlimləri artırmağa çağırıb

Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun əsas bazasına səfəri zamanı praktiki hərbi təlimlərin artırılmasına çağırıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Kim Çen In martın 6-da Koreya Xalq Ordusunun ölkənin qərb hissəsindəki əməliyyat təlimləri üçün nəzərdə tutulmuş iri bazasına baş çəkib, burada təlim obyektlərinə baxış keçirib və hərbi hissələrin praktiki manevrlərinə nəzarət edib. Onu Şimali Koreyanın müdafiə naziri Kanq Sun Nam və Koreya Xalq Ordusunun Baş Qərargah rəisi Li Yonq Gil qarşılayıb.

“Düşmənlərin daimi təhlükəsini əzici qüvvə ilə dəf etmək, müharibəyə başlamaq cəhdlərinin ən kiçik cəhdlərini ardıcıl olaraq qarşısını almaq, fövqəladə hallar zamanı qarşıya qoyulan mühüm tapşırıqları dəqiqliklə yerinə yetirmək üçün ordumuz öz üzərinə ən sərt tələblər qoymalıdır. Dəyişikliklərə və onun müasir formalarına uyğun olaraq müharibəyə tam hazırlığı təmin etmək üçün döyüş hazırlığını tez bir zamanda təkmilləşdirmək üçün praktiki təlimləri artırın”, – agentlik Kim Çen Indan sitat gətirib.

Şimali Koreya liderinin açıqlamaları Cənubi Koreya və ABŞ-ın 11 gün davam edəcək “Azadlıq Qalxanı” adlı birgə böyük hərbi təlimləri keçirdikləri vaxta təsadüf edir.

Xəbər lenti