ABŞ-nin BMT-dəki keçmiş səfiri Nikki Heyli prezidentlik yarışından geri çəkildiyini açıqlayıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
“Təşviqat kampaniyasını dayandırmağın vaxtıdır. Peşman deyiləm. Artıq namizəd olmasam da, inandığım şeylər haqqında danışmağı dayandırmayacağam”, - deyə o bildirib.
O, seçicilərini qarşıdan gələn seçkilərdə keçmiş prezident Donald Trampı dəstəkləməyə çağırmayıb.
N.Heylinin yarışdan geri çəkilməsi Trampı prezident seçkilərində Respublikaçılar Partiyasından əsas namizəd edib.