Xəzər Xəbər

HƏMAS və İsrail atəşkəsin əsas müddəaları üzrə razılığa gəlib

Dünya | 14:42 • 5 Mart 2024
HƏMAS və İsrail atəşkəsin əsas müddəaları üzrə razılığa gəlib

Fələstinin HƏMAS hərəkatı ilə İsrail Qahirədə atəşkəs və girovların mübadiləsinə dair yeni sazişin əsas müddəaları üzrə razılığa gəliblər.

Xezerxeber.az xəbər verir ki, EFE agentliyi bu barədə Fələstin və Misirdəki mənbələrinə istinadla məlumat yayıb.

“Hazırda hər iki tərəf atəşkəsin 40 gün davam etməsinə və İsrail həbsxanalarından 404 fələstinli məhbusun buraxılması müqabilində 40 israilli girovun azad olunmasına razılaşıb”, - deyə məlumatda bildirilir. Sazişə üzrə danışıqların davam etdiyi qeyd olunur.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Noyabrın 24-də Misir və Qətərin vasitəçiliyi ilə HƏMAS və İsrail arasında humanitar atəşkəs əldə olunub. Dekabrın 1-də İsrail ordusu HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edərək Qəzzada hərbi əməliyyatları yenidən bərpa edib.

İsrail hesab edir ki, hazırda Qəzzada 130 girov qalır və onlardan 99 nəfərinin sağ olması ehtimalı var.

Xəbər lenti