Xəzər Xəbər

Medvedev Ukraynanın bir neçə dövlət arasında parçalanacağını bildirib

Dünya | 15:59 • 4 Mart 2024
Medvedev Ukraynanın bir neçə dövlət arasında parçalanacağını

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynanın bir neçə dövlət arasında parçalanacağını bildirib və Moskvanın  nəzarətində olacaq əraziləri göstərən xəritəni nümayiş etdirib.

Xezerxeber.az "RİA Novosti"yə istinadla məlumat verir ki, Medvedev Ukraynanın Vinnitsa vilayətinin Rumıniyaya, Ujqorodun Macarıstana, Lvov, İvano-Frankivsk, Jitomirin Polşaya veriləcəyini, qalan bölgələrin isə Rusiya tərəfindən ələ keçiriləcəyini bildirib.

Onun fikrincə, Odessa, Nikolayev, Çerkassı, Çerniqov, Poltava, Dnepr, Zaporojye, Sumi, Xerson, bundan əlavə, Moldovanın separatçı Dnestryanı bölgəsi də Rusiyanın tərkibində olacaq:

"Rusiya tutduğu yolla getməlidir. Ölkənin tarixi hissələri vətənə qayıtmalıdır".

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024