Fələstinin HƏMAS hərəkatı və İsrail Qəzzada nəzərdə tutulan atəşkəs rejimi və israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsinin parametrləri üzrə razılıq əldə ediblər.
Xezerxeber.az xəbər verir ki, bu barədə “Əl Hədat” telekanalı məlumat verib.
Misirin təhlükəsizlik strukturunda çalışan mənbə telekanala bildirib ki, “tərəflər Qəzzada nəzərdə tutulan atəşkəs rejimi və israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsinin parametrləri üzrə razılıq əldə ediblər”.
Mənbə əlavə edib ki, “tərəflər arasında sövdələşmənin başa çatdırılması üçün İsrail qoşunlarının Qəzza zolağının şimal hissəsindən çıxarılması haqqında saziş imzalanmalı və sakinlərin bu rayona qaytarılması lazımdır”.