Rusiya və Belarus liderləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında telefon danışığı olub.
Xezerxeber.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Putin Lukaşenkonu 25 fevralda vahid səsvermə gününün uğurla keçirilməsi münasibətilə təbrik edib.
Prezidentlər ölkələr arasında münasibətlərin gələcək inkişafı və beynəlxalq vəziyyətin əsas aspektlərini ətraflı müzakirə ediblər.