Martın 1-dən Niderlandda yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr orta hesabla 10 faiz artırılıb.
Xezerxeber.az xarici mediaya istinadən xəbər verir ki, martın 1-dən işıqforun qırmızı işığında keçməyə görə cərimə 280 avrodan 300 avroya yüksəlib. Avtomobil idarə edərkən telefonla danışan sürücülər isə 420 avro cərimə və üstəlik 9 avro inzibati rüsum ödəməli olacaqlar.
Deputatlar, Dövlət Şurasının məşvərətçi orqanı və prokurorluq yüksək cərimələrin dövlət tənzimləmə sisteminə ictimai dəstəyi azaltdığını əsas gətirərək, maliyyə cəzalarının artırılmasına qarşı çıxıblar. Yerli yol təhlükəsizliyi təşkilatı VVN isə yüksək cərimələrin yalnız düzgün icra ilə birlikdə təsirli olduğunu düşünür.
“Sürücülər ehtiyatsız hərəkətlərinin nəticələrini bilməlidirlər. Cərimələr yol təhlükəsizliyini təkmilləşdirməyin yeganə yoludur”, - deyə qurumun mətbuat katibi Villemeyn Plomper bildirib.