Xəzər Xəbər

Vladimir Putin: Heç bir qüvvəyə Rusiyanın daxili işlərinə qarışmağa imkan verməyəcəyik

Dünya | 16:16 • 29 Fevral 2024
Vladimir Putin: Heç bir qüvvəyə Rusiyanın daxili işlərinə qarışmağa imkan verməyəcəyik

ABŞ başda olmaqla, Qərb dövlətləri Sovet İttifaqı dövründə olduğu kimi, bu gün də Rusiyanı silahlanmağa vadar etməyə çalışır. Lakin buna nail ola bilməyəcəklər.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin bu gün Federal Məclisə müraciətində deyib.

O bildirib ki, Qərb dövlətlərinin rəhbərləri Rusiyanı Avropaya hücuma keçmək niyyətində olduğunu bəyan edirlər. Lakin bu fikirlərin əsası yoxdur.

Rusiya Prezidenti bu fikirləri Avropa dövlət başçılarının “sayıqlamaları” adlandırıb.

Vladimir Putin bəyan edib ki, Qərb Rusiyanın siyasi sistemini dağıtmağa çalışır. Lakin biz bunun qarşısını alacağıq. “Siyasi sistem hər bir dövlətin suverenliyinin əsasını təşkil edir”, - deyən Vladimir Putin diqqətə çatdırıb ki, heç bir qüvvəyə Rusiyanın daxili işlərinə qarışmağa imkan verməyəcəyik.

Xəbər lenti

Çox oxunanlar