Xəzər Xəbər

Qazaxıstan Ermənistanın KTMT-ni tərk etməklə bağlı hər hansı hüquqi addım atmadığını DEYİB

Dünya | 11:17 • 29 Fevral 2024
Qazaxıstan Ermənistanın KTMT-ni tərk etməklə bağlı hər hansı hüquqi addım atmadığını

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk etməklə bağlı hər hansı hüquqi addım atmayıb.

Xezerxeber.az “Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər nazirinin müavini Roman Vasilenko jurnalistlərə açıqlamasında bildirib.

XİN rəsmisi qeyd edib ki, təşkilat həmçinin Qazaxıstan Respublikasının təhlükəsizliyi üçün mühüm rol oynayıb, oynayır və bu, gələcəkdə də belə olacaq.

Vasilenko həmçinin əlavə edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın KTMT ilə bağlı səs-küylü bəyanatlarına baxmayaraq, Qazaxıstan hələ də Ermənistanın təşkilatdan çıxması istiqamətində hər hansı hüquqi addım atdığını görməyib.

“Qazaxıstan nümayəndəsi hazırda KTMT-nin Baş katibidir və ölkə KTMT-ni gücləndirməyə çalışır, çünki bu, dövlətin təhlükəsizliyi üçün olduqca mühümdür”, - deyə Vasilenko vurğulayıb.

Xəbər lenti