Xəzər Xəbər

Ukrayna Ordusu bu gün Rusiyanın iki "Su-34" qırıcısını vurub

Dünya | 19:22 • 27 Fevral 2024
Ukrayna Ordusu bu gün Rusiyanın iki "Su-34" qırıcısını vurub

Ukrayna Hava Qüvvələri bu gün ərzində Rusiyanın ikinci "Su-34" qırıcı-bombardmançı təyyarəsini vurub.

Xezerxeber.az yerli UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Nikolay Oleşuk "Telegram"da məlumat verib. 

Oleşuk vurulan Rusiya təyyarəsinin fotosunu paylaşıb.

Hərbi Hava Qüvvələrinin komandanı səhər saatlarında da Ukraynanın şərqində Rusiyaya məxsus "Su-34-ün" vurulduğu barədə məlumat vermişdi.

Xəbər lenti

Çox oxunanlar