Xəzər Xəbər

Pakistanın şimal-qərbində genişmiqyaslı hərbi təlimlər başlayıb

Dünya | 16:00 • 26 Fevral 2024
Pakistanın şimal-qərbində genişmiqyaslı hərbi təlimlər başlayıb

Pakistan ordusunin məlumatına əsasən, ölkənin şimal-qərbindəki Xayber Paxtunxva əyalətində 10-dan çox ölkənin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər başlayıb.

Xezerxeber.az "Sinxua" agentliyinə istinadla xəbər verir ki, Pakistan ordusunun xidmətlərarası ictimai əlaqələr bölməsinin yaydığı açıqlamada təlimlərin açılış mərasiminin əyalətin Pabbi bölgəsində keçirildiyi bildirilir.

Təlimlərdə Pakistan, Bəhreyn, İordaniya, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Maldiv adaları, Mərakeş, Qətər, Şri-Lanka, Tayland, Türkiyə, ABŞ və Özbəkistan ordularının hərbi bölmələri iştirak edir.

Məlumatda qeyd olunur ki, bu təlimlər Pakistanda hər il təşkil olunur.

Xəbər lenti