Xəzər Xəbər

Putin Ərdoğanı 70 illiyi münasibətilə təbrik edib

Dünya | 14:51 • 26 Fevral 2024
Putin Ərdoğanı 70 illiyi münasibətilə təbrik edib

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Kremlin məlumatında deyilir: “Telefon danışığı zamanı Vladimir Putin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı 70 illik yubileyi münasibətilə səmimi- qəlbdən təbrik edib, onun ölkəsində və xaricdə yüksək nüfuzunu, türk xalqının rifahı naminə uzun illər dövləti fəaliyyətini, xüsusilə də Türkiyənin beynəlxalq arenada mövqelərinin möhkəmlənməsində xidmətlərini qeyd edib.

Putin Rəcəb Tayyib Ərdoğanın Rusiya-Türkiyə dostluq münasibətlərinin inkişafına mühüm şəxsi töhfəsini vurğulayıb. Onların daha da hərtərəfli inkişafına qarşılıqlı niyyət təsdiqlənib. Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsinə dair razılıq əldə olunub”.

Xəbər lenti