Xəzər Xəbər

İsrail Qəzzada girovların azad edilməsi üçün növbəti addımları müzakirə edəcək

Dünya | 12:38 • 25 Fevral 2024
İsrail Qəzzada girovların azad edilməsi üçün növbəti addımları müzakirə edəcək

İsrail Nazirlər Kabineti Qəzza zolağında "Həmas" tərəfindən saxlanılan girovların azad edilməsi üçün danışıqlarda növbəti addımları müzakirə edəcək.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə "X" sosial şəbəkəsində İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

Onun sözlərinə görə, müzakirələr İsrail nümayəndə heyəti Parisdən qayıtdıqdan sonra başlayacaq.

"Girovları azad etmək üçün yeni razılaşma üzərində işləyirik. Buna görə də mən Parisə nümayəndə heyəti göndərdim və bu axşam biz danışıqlarda növbəti addımları müzakirə edəcəyik", - deyə B.Netanyahu yazıb.

Xəbər lenti