Xəzər Xəbər

Hindistan hərbi istehsalı və ixracını üç dəfə artıracaq

Dünya | 10:47 • 25 Fevral 2024
Hindistan hərbi istehsalı və ixracını üç dəfə artıracaq

Hindistan hakimiyyəti növbəti beş il ərzində ölkənin hərbi-sənaye kompleksinin ümumi istehsalının və ixracının üç dəfə artacağını gözləyir.

Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın müdafiə naziri Racanath Sinqh bildirib.

Sinqhin sözlərinə görə, 2022-2023-cü maliyyə ilində (1 apreldən hesablanır) Hindistanın hərbi-sənaye kompleksi istehsalının həcmi ölkə tarixində ilk dəfə olaraq 12 milyard dollardan çox olub.
O xatırladıb ki, növbəti maliyyə ilinin büdcəsində bir il əvvəlki 71,5 milyard dollarla müqayisədə xərclərin 74,8 milyard dollara qədər artırılması nəzərdə tutulur. Büdcədən ən böyük payı isə Müdafiə Nazirliyi alıb.

Xəbər lenti