Xəzər Xəbər

Tramp: Seçkidə qalib gələrəmsə, miqrantların ABŞ tarixində ən böyük deportasiyası olacaq

Dünya | 13:13 • 25 Fevral 2024
Tramp: Seçkidə qalib gələrəmsə, miqrantların ABŞ tarixində ən böyük deportasiyası olacaq

ABŞ-nin keçmiş lideri Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə, ABŞ tarixində ən böyük miqrant deportasiyasına başlayacağını bildirib.

Xezerxeber.az xəbər verir ki, bu barədə o, Vaşinqtonda keçirilən illik Mühafizəkar Siyasi Fəaliyyət Konfransında deyib: "Bu, ölkəmizin tarixində ən böyük deportasiya olacaq. Bizim seçimimiz yoxdur".

Siyasətçi qeyri-qanuni miqrasiyanı ölkə üçün təhlükə adlandırıb. "Bu, yaxşı deyil və mən bunu söyləməyə nifrət edirəm. Mediadakı klounlar deyəcəklər: “O, çox qəddardır”. Xeyr. Qanunsuz miqrantlar xalqımızı öldürürlər”, - deyə eks-prezident əlavə edib.

Onun sözlərinə görə, miqrantlar ABŞ-də heç kimin eşitmədiyi dillərdə danışırlar.

Tərəfdarları qarşısında çıxış edən 77 yaşlı Tramp özünü “siyasi dissident” kimi qələmə verib və 91 cinayət ittihamı ilə üzləşməsindən təəssüflənib. "Mən bu gün sizin qarşınızda təkcə keçmişiniz və ümid edirəm, gələcək prezidentiniz kimi deyil, həm də qürurlu siyasi dissident kimi dayanıram. Mən dissidentəm", - o deyib.

Xəbər lenti

Çox oxunanlar