Xəzər Xəbər

Tramp Cənubi Karolina ştatında keçirilən praymerizin qalibi olub

Dünya | 10:11 • 25 Fevral 2024
Tramp Cənubi Karolina ştatında keçirilən praymerizin qalibi olub

ABŞ-nin keçmiş prezidenti Donald Tramp bülletenlərin 90 faizi hesablandıqdan sonra Cənubi Karolinada Respublikaçıların praymerizində qalib gələrək 60 faiz səs toplayıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

ABŞ-nin BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli hazırda 39,3 faiz səs toplayıb.

Tramp artıq Cənubi Karolinada qələbəsini elan edib.

Heyli məğlubiyyətini etiraf edib. O, tərəfdarları qarşısında Trampı qələbəsi münasibətilə təbrik edib və 2011-2017-ci illərdə qubernator vəzifəsində çalışdığı ştatda məğlub olmasına baxmayaraq, yarışda qalacağına söz verib.

Xəbər lenti

Çox oxunanlar