Bu gün Polşa ərazisində NATO-nun 10 ölkəsindən 20 minə qədər hərbçinin iştirak edəcəyi "Dragon-24" milli təlimləri başlayacaq. Onların arasında təxminən 15 mini Polşa Silahlı Qüvvələrinin hərbçiləridir.
Xezerxeber.az-ın məlumatına görə, bu barədə Polşa Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Müdafiə Nazirliyi qeyd edir ki, irimiqyaslı təlimin əsas məqsədi quruda, havada və dənizdə qarşılıqlı əlaqəni və döyüş tapşırıqlarının yerinə yetirilməsini sınaqdan keçirmək olacaq. Bundan əlavə, hərbi əməliyyatlar rəqəmsal məkanda aktivliyi nəzərdə tutur.