Xəzər Xəbər

Misir Qəzzada qaçqın düşərgəsi yaradır

Dünya | 09:08 • 25 Fevral 2024
Misir Qəzzada qaçqın düşərgəsi yaradır

Misir hakimiyyəti Qəzza zolağında qaçqınlar üçün iki xüsusi düşərgə tikməyi planlaşdırır.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Məlumata görə, Misir hakimiyyəti artıq Qəzzanın cənub hissəsindəki Xan Yunis şəhəri yaxınlığında qaçqınlar üçün düşərgənin tikintisinə başlayıb. Bu düşərgə 4 minə qədər qaçqını qəbul edə biləcək və yaxın bir həftə ərzində tam hazır olacaq.

Daha bir çadır şəhərciyi Der əl-Bəlahın şimalında tikiləcək.

Bildirilib ki, hər iki düşərgə elektrik enerjisi, kanalizasiya sistemi və yaşayış üçün zəruri olan digər infrastrukturla təmin olunacaq.

Xəbər lenti

Çox oxunanlar