Xəzər Xəbər

Türkiyəni yanvarda 2 milyondan çox əcnəbi turist ziyarət edib

Dünya | 18:00 • 23 Fevral 2024
Türkiyəni yanvarda 2 milyondan çox əcnəbi turist ziyarət edib

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi 2024-cü ilin yanvar ayı ərzində ölkəyə turizm axını üzrə məlumatları açıqlayıb.

Xezerxeber.az xəbər verir ki, ilin birinci ayında Türkiyəni 2 milyon 47 min 27 əcnəbi turist ziyarət edib və bu, 2023-cü ilin analoji dövrünün göstəricisindən 2,05 faiz çoxdur.

Türkiyəyə gələn turistlərin mənsub olduqları ölkələrin siyahısına Rusiya başçılıq edib – 279 min 818 nəfər. Siyahıda sonrakı yerlərdə Bolqarıstan (167 min 138), Almaniya (137 min 955) gəlir. Liderlər arasında Gürcüstan və İran da yer alıb.

Qeyd edək ki, 2023-cü ilin yekunlarına görə, Türkiyəni rekord sayda – 56,7 milyon turist ziyarət edib, turizm sahəsindən gəlir isə 54,3 milyard dollara çatıb.

Türkiyənin qonaqları 2023-cü ildə bir gündə orta hesabla 99 dollar xərcləyiblər.

Xəbər lenti

Çox oxunanlar