Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
Xezerxeber.az xəbər verir ki, Ukraynada silahlı münaqişənin başlanmasının ikinci ildönümü ilə əlaqədar qəbul olunmuş 13-cü sanksiyalar paketinə 106 fiziki və 88 hüquqi şəxsə, o cümlədən Türkiyə, Qazaxıstan, Çin, Hindistan və digər ölkələrin nümayəndələri daxildir.
Avropa İttifaqı Türkiyənin “Yildiz” çip texnoloji elektronik elektrik bilgisayar məmulatları şirkətini sanksiyalar blokadasını dəf etməkdə Rusiyaya yardımçı olmaqda təqsirləndirib və ona qarşı məhdudiyyətlər tətbiq edib. Antalyada qeydiyyatdan keçmiş şirkət elektron məhsullar və onların hissələrinin Çindən idxalı ilə məşğuldur.
Qeyd edək ki, bundan əvvəl ABŞ Türkiyənin 4 şirkətinə və bir fiziki şəxsinə qarşı sanksiya tətbiq etmişdi.
Yeni sanksiyalar paketinə Qazaxıstanın “Elem Group” şirkəti də daxil edilib.