Xəzər Xəbər

Ukraynada 10 mindən çox dinc sakinin həlak olduğu təsdiqlənib

Dünya | 17:07 • 23 Fevral 2024
Ukraynada 10 mindən çox dinc sakinin həlak olduğu təsdiqlənib

Rusiyanın Ukraynaya hərbi təcavüzü nəticəsində 10 min 500-dən çox dinc sakinin həlak olduğu təsdiqlənib, lakin real rəqəmlər bundan çoxdur.

Xezerxeber.az xəbər verir ki, bu barədə məlumat BMT-nin müvafiq hesabatında yer alıb.

Hesabatda qeyd olunur ki, Ukraynada müharibə başlayandan bəri 14 milyondan çox insan evlərini tərk etmək məcburiyyətində qalıb. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, hazırda təxminən 6,5 milyon ukraynalı vətəndən kənarda qaçqın kimi yaşayır, 4 milyona yaxın insan isə ölkə daxilində məcburi köçkün vəziyyətinə düşüb.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk müharibənin vurduğu zərərin onilliklər boyu hiss ediləcəyini bildirib.

Xəbər lenti

Çox oxunanlar