Xəzər Xəbər

Çində zəncirvari qəza: 100-dən çox avtomobil toqquşub

Dünya | 16:38 • 23 Fevral 2024
Çində zəncirvari qəza: 100-dən çox avtomobil toqquşub

Çinin Suzhou şəhərində şaxta və qar səbəbindən buz bağlayan yolda 100-dən çox avtomobil bir-birinə çırpılıb.

Xezerxeber.az “NBC news” telekanalına istinadla xəbər verir ki, zəncirvari qəza nəticəsində onlarla insan müxtəlif dərəcəli xəsarətlər alıb. Həkimlər xəstəxanaya yerləşdirilən yaralılardan altısının vəziyyətini ağır olaraq qiymətləndirir.

Çin Meteorologiya İdarəsi ölkənin mərkəzi və cənub hissəsində yolların buz bağlayacağı ilə bağlı xəbərdarlıq yayıb. ÇXR hökuməti soyuq havanın yaratdığı qəfil və təhlükəli vəziyyətlərə hazır olmaq üçün bölgədəki bütün qüvvələri səfərbər edib.

Hakimiyyət orqanları qəzanın baş verdiyi yolda nəqliyyatın hərəkətinin bərpa olunduğunu və faktla bağlı araşdırma aparıldığını bildirib.

Xəbər lenti