Xəzər Xəbər

Fransanın müdafiə naziri Ermənistana ilk səfərini edəcək

Dünya | 12:46 • 22 Fevral 2024
Fransanın müdafiə naziri Ermənistana ilk səfərini edəcək

Fransanın müdafiə naziri Sebastian Lekornu Ermənistana səfər edəcək. 

Xezerxeber.az "Armenpress"ə istinadən xəbər verir ki, bunu nazirin özü deyib.

"Mən parlamentarilərdən və sənayeçilərdən ibarət böyük nümayəndə heyəti ilə tezliklə Ermənistana gedəcəyəm. Fransa dost Ermənistana sırf müdafiə məqsədi ilə hərbi texnika verir. Ermənistan ciddi təhlükəsizlik problemi ilə üzləşən dost ölkədir. Bizim vəzifəmiz Ermənistana onun ərazi bütövlüyünü və müdafiə qabiliyyətini təmin etməkdə kömək etməkdir".

Lekornu əlavə edib ki, Fransanın müdafiə naziri ilk dəfə Ermənistana səfər edəcək. 

Qeyd edək ki, dünən Ermənistan baş naziri Nikol Paşinyan və müdafiə naziri Suren Papikyan Fransaya səfər etmişdi.

Xəbər lenti