Xəzər Xəbər

İstanbulda Çin kəşfiyyatına işləyənlər də SAXLANILDI

Dünya | 17:01 • 20 Fevral 2024
İstanbulda Çin kəşfiyyatına işləyənlər də

İstanbulda Çin kəşfiyyatına işləmək şübhəsi ilə 6 nəfər saxlanılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Qeyd edilib ki, bu səhər İstanbulda keçirilən əməliyyatda 7 şübhəlidən 6-sı saxlanılıb. 1 şübhəlinin tutulması istiqamətində işlər davam edir.

Həmçinin bildirilib ki, topladıqları məlumat və sənədləri Çin Xalq Respublikasının kəşfiyyat ünsürlərinə ötürdükləri iddia edilən şübhəlilər haqqında həbs qərarı çıxarılıb.

Xəbər lenti