Türkiyədə icra edilən “Çember-12” əməliyyatı nəticəsində ölkə üzrə axtarışda olan 3 min 237 nəfər saxlanılıb.
Xezerxeber.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb. Məlumata əsasən, ölkənin 81 vilayətində aparılan əməliyyat dörd gün davam edib.
Saxlanılan şəxslərdən 3 min 200-ü beş il, 26-sı 5-10 il arası, 11-i isə 10 il və daha çox müddətdə axtarışda olub. Onlar dələduzluq, oğurluq, qətl, qaçaqmalçılıq və mütəşəkkil cinayətlərdə şübhəli bilinirlər.