Papua-Yeni Qvineyanın Enqa əyalətində qəbilələr arasında baş verən toqquşmalarda ölənlərin sayı 64 nəfərə çatıb.
Bu barədə yerli “PNG Post-Courier” nəşri polisə istinadən məlumat yayıb.
Belə ki, fevralın 19-u günorta saatlarında polis əməkdaşları qəbilələr arasında silahlı qarşıdurma nəticəsində həlak olan daha 11 nəfərin cəsədini aşkar edib. Bununla da ölənlərin ümumi sayı 64-ə çatıb.
Polis Enqadakı silahlı toqquşmaların Ambulin və Sikin qəbilələri arasında davam edən mübarizə olduğunu təsdiqləyib