London Rusiya siyasətçisi Aleksey Navalnının ölümü ilə bağlı fərdi sanksiyaların tətbiqini nəzərdən keçirəcək
Xezerxeber.az-ın məlumatına görə, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron "Sky News" telekanalının efirində deyib.
“Buna görə məsuliyyət daşıyan fərdi şəxslərin olub-olmamasına və bizim görə biləcəyimiz fərdi tədbirlər, addımların olub-olmamasına baxırıq”, - Kemeron Münhen təhlükəsizlik konfransında deyib.
Qeyd edək ki, Navalnı fevralın 16-da 3 saylı cəzaçəkmə müəssisəsində dünyasını dəyişib. İstintaq Komitəsi ölüm faktı ilə bağlı araşdırmalara başlayıb.