Türkiyədə narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı genişmiqyaslı əməliyyat keçirilib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlama yayıb. Bildirilib ki, əməliyyat “Narkoçelik-1” adı altında ölkənin 14 vilayətində keçirilib, narkotik maddələrin hazırlanması və satışında şübhəli bilinən 142 nəfər saxlanılıb, çox sayda narkotik maddə götürülüb.