Fransa Ukrayna ilə təhlükəsizlik sazişi çərçivəsində Kiyevə əlavə hərbi yardım göstərəcək.
Xezerxeber.az xəbər verir ki, bunu Yelisey sarayında Prezident Emmanuel Makron Ukrayna lideri Volodimir Zelenski ilə birgə keçirilən mətbuat konfransında deyib.
“Bu sazişin bir hissəsi olaraq Fransa 2024-cü ildə Ukraynaya 3 milyard avroya qədər əlavə hərbi yardım göstərməyi öhdəsinə götürüb”, - deyə E.Makron bildirib.
Qeyd edək ki, fevralın 16-da Makron və Zelenski ikitərəfli təhlükəsizlik sazişi imzalayıblar.