Xəzər Xəbər

Fransızların 68 faizi ölkədə demokratiyanın yaxşı işləmədiyini bildirir

Dünya | 16:00 • 16 Fevral 2024
Fransızların 68 faizi ölkədə demokratiyanın yaxşı işləmədiyini bildirir

“OpinionWay” sosial sorğu institutunun Fransanın siyasi həyatının tədqiqi mərkəzinin apardığı araşdırmaya görə, fransızların 68 faizi ölkədə demokratiyanın yaxşı işləmədiyi fikrindədir.

Sciences Po universiteti yanında siyasi tədqiqatlar mərkəzinin (Cevipof) illik barometrinə görə, fransızların siyasətə inamsızlığı çox yüksək olaraq qalır. Araşdırmaya görə, hər 10 fransızdan 7-si (68 faizi) demokratiyanın yaxşı işləmədiyini bildirir. Fransızların yalnız 18 faizi onların fikirlərinin siyasi liderlər tərəfindən nəzərə alındığına inanır. Siyasət haqqında düşünəndə onların 37 faizi, ilk növbədə, inamsızlıq hiss edir, yalnız 30 faizi seçilmiş məmurları sədaqətli hesab edir.

Bununla belə, respondentlərin fikirləri ziddiyyətli olaraq qalır. Belə ki, fransalıların 83 faizi demokratik siyasi sistemin tərəfdarı olduqlarını, 34 faizi isə dövlətin başında narahatlığa əsas verməyən güclü bir insanın olmasını arzulayır, 23 faizi fransız ölkəni ordunun idarə etməsini istəyir.

Sorğu 2024-cü ilin yanvar ayında Fransada 3514, Almaniyada 1632 və İtaliyada 1706 nəfərdən ibarət kvota metodu ilə həyata keçirilib. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar