Xəzər Xəbər

Ermənistanın sabiq iqtisadiyyat naziri barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib

Dünya | 14:37 • 16 Fevral 2024
Ermənistanın sabiq iqtisadiyyat naziri barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib

İrəvandakı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistanın sabiq iqtisadiyyat naziri Vaan Kerobyan barəsində iki aylıq ev dustaqlığı qətimkan tədbiri seçib.

Xezerxeber.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, qərardan məhkəmə aktı alındıqdan sonra 10 gün ərzində apellyasiya şikayəti verilə bilər.

Qeyd edək ki, ona evdən çıxmaq, kiminləsə ünsiyyət qurmaq, eyni zamanda, təcili yardım çağırmaq kimi fövqəladə hallar istisna olmaqla yazışmalar və telefon danışıqları qadağandır.

Xatırladaq ki, fevralın 15-də sabiq nazir İstintaq Komitəsinə dindirilməyə çağırılıb və ona “vəzifə səlahiyyətlərindən sui-istifadə” maddəsi ilə ittiham irəli sürülüb.

Xəbər lenti

Samuxda ZƏLZƏLƏ
15:00 • 20 Oktyabr 2024