Xəzər Xəbər

Ermənistanda bir qrup məhbus aclıq aksiyasına başlayıb

Dünya | 12:52 • 16 Fevral 2024
Ermənistanda bir qrup məhbus aclıq aksiyasına başlayıb

Ermənistanda "Vanadzor" həbsxanasında bir qrup məhbus aclıq aksiyasına başlayıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məlumata görə, Ombudsman aparatının nümayəndələri aclıq aksiyası keçirən məhbuslarla görüşüb.

Qeyd olunub ki, məhbuslar zəruri ləvazimatlarla və təyin edilmiş dərman vasitələri ilə təmin edilmədiklərindən, içməli suyun keyfiyyəti və ventilyasiya ilə bağlı problemlərdən şikayət ediblər. Aparatın əməkdaşları bu problemləri həbsxananın rəhbərliyi ilə müzakirə ediblər.

Xəbər lenti

Samuxda ZƏLZƏLƏ
15:00 • 20 Oktyabr 2024