Xəzər Xəbər

“Bloomberg”: ABŞ tez bir zamanda Yaxın Şərqi tərk etməlidir

Dünya | 16:56 • 15 Fevral 2024
“Bloomberg”: ABŞ tez bir zamanda Yaxın Şərqi tərk etməlidir

Yaxın Şərqin 11 ölkəsində hərbi texnika yanaşı, 46 min hərbçi saxlayan ABŞ regionda sabitliyi təmin etməli idi. Lakin hər şey əksinə oldu.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinin saytında dərc olunan “ABŞ tez bir zamanda Yaxın Şərqi tərk etməlidir” sərlövhəli analitik məqalədə bildirilib.

Vaşinqtonda fəaliyyət göstərən “Stimson center” analitik mərkəzinin eksperti Kristofer Prebl qeyd edib ki, ABŞ artıq dünyada qlobal güc mərkəzi deyil. Hazırda ABŞ yenidən güc mərkəzinə çevrilmək istəyir, lakin bu istiqamətdə heç də uğurlu olmayan siyasət aparır. ABŞ-ın xarici borcu ildən-ilə artır ki, bu da əhalidə narahatlıq doğurur. Amerikalılar hökumətdən daha çox daxili problemlərin həllini istəyirlər. Xarici borcun artması isə daxili iqtisadi problemlərin həllinə imkan vermir. Buna görə də Yaxın Şərqdə çox sayda qoşun saxlamaq və bunun üçün külli miqdarda vəsait xərcləmək səmərəli deyil. Yaxın Şərqdə ABŞ-ın hərbi hissələrinin yerləşdirilməsi regiona sülh gətirmədi.

Ekspert hesab edir ki, ABŞ hərbçiləri İraq və Suriyadan tədricən çıxarılmalıdır.

Xəbər lenti

Kahramanmaraşda zəlzələ olub
16:31 • 19 Oktyabr 2024