Xəzər Xəbər

NATO-nun üzv olan bəzi ölkələr son on ildə hərbi xərclərini 600 milyard dollar artırıb

Dünya | 15:47 • 14 Fevral 2024
NATO-nun üzv olan bəzi ölkələr son on ildə hərbi xərclərini 600 milyard dollar artırıb

NATO-ya üzv olan Avropa ölkələri və Kanada son on ildə hərbi xərclərini 600 milyard dollar artırıb.

Xezerxeber.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin görüşündən öncə keçirilən mətbuat konfransında deyib.

“Alyansa daxil olan Avropa ölkələri və Kanada 2014-cü ildən bəri hərbi xərclərini 600 milyard dollar artırıb. Ötən il biz rekord həcmdə - 11 faizlik artım müşahidə etmişik. Bu il 18 müttəfiqin hərbi xərclərinin ümumdaxili məhsullarının 2 faizinə çatacağını gözləyirik”, - deyə Yens Stoltenberq bildirib.

Onun sözlərinə görə, NATO-ya üzv Avropa ölkələri 2024-cü ildə müdafiə sahəsinə 380 milyard dollar xərcləyəcək.

“2024-cü ildə Avropadakı müttəfiqlərimizin müdafiə sahəsinə ayıracağı vəsait ilk dəfə onların ÜDM-nin 3 faizini təşkil edəcək. NATO-nun digər ölkələri də bu yolla getməlidir”, - deyə Baş katib əlavə edib.

Xəbər lenti

Kahramanmaraşda zəlzələ olub
16:31 • 19 Oktyabr 2024