Xəzər Xəbər

Rusiya Ukraynanı raket atəşinə tutub, ölənlər və yaralananlar var

Dünya | 14:50 • 14 Fevral 2024
Rusiya Ukraynanı raket atəşinə tutub, ölənlər və yaralananlar var

Rusiya Silahlı Qüvvələri bu gün Ukrayna ərazisini raket atəşinə tutub. Donetsk vilayətinə endirilən zərbələr nəticəsində 3 nəfər ölüb, 12 nəfər yaralanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb. 

Bildirilib ki, yaşayış binasına və xəstəxanaya raket zərbəsi nəticəsində üç xəstə ölüb, onlardan biri 8 yaşlı uşaq, digəri isə onun anası və hamilə qadın olub. Həmçinin 12 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ərazidə axtarış-xilasetmə işləri başa çatıb.

Xəbər lenti

Çox oxunanlar