Xəzər Xəbər

İranda qaz kəmərində partlayış baş verib

Dünya | 12:42 • 14 Fevral 2024
İranda qaz kəmərində partlayış baş verib

İranın qərbindəki Çaharmahal və Bəxtiyari əyalətlərindən şimala - Xəzər dənizi ətrafındakı şəhərlərə doğru uzanan qaz kəmərində partlayış baş verib.

AZƏRTAC “İran wire” saytına istinadən xəbər verir ki, qaz şəbəkəsinə nəzarət mərkəzinin meneceri Səid Ağlı dövlət televiziyasına açıqlamasında “təxribat və terror” aktı nəticəsində təxminən 1270 kilometrlik boru kəmərinin bir neçə hissəsinin zədələndiyini deyib. İranın neft naziri isə baş verənləri sabotaj adlandırıb.

Hadisə nəticəsində heç kimin xəsarət almadığı və ölkə daxilində qaz təchizatının adi rejimdə davam etdiyi bildirilir.

Hələ ki, ölkədə fəaliyyət göstərən heç bir qruplaşma partlayışın məsuliyyətini üzərinə götürməyib.

Xəbər lenti

Tağı Əhmədov vəfat edib
21:15 • 18 Oktyabr 2024

Çox oxunanlar