Xəzər Xəbər

Rusiyanın Latviyadakı müvəqqəti işlər vəkili XİN-ə çağırılıb

Dünya | 11:30 • 14 Fevral 2024
Rusiyanın Latviyadakı müvəqqəti işlər vəkili XİN-ə çağırılıb

Rusiyanın müvəqqəti işlər vəkili Oleq Zıkov Latviya Xarici İşlər Nazirliyinə çağırılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə məlumat nazirliyin saytında dərc olunub.

Qeyd olunub ki, Oleq Zıkov Rusiya Daxili İşlər Nazirliyi tərəfindən Litvanın bir sıra hazırki və keçmiş dövlət qulluqçuları barəsində axtarış elan olunması ilə bağlı izahat verməsi üçün Latviyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Xatırladaq ki, Rusiyanın Daxili İşlər Nazirliyi Latviyanın mədəniyyət naziri Simonas Kayris, Estoniyanın baş naziri Kaya Kallas, dövlət katibi Taymar Peterkop barəsində sovet döyüşçülərinin abidələrini məhv etmək və onlara zərər yetirməklə bağlı axtarış elan edib.

Qeyd edək ki, Rusiyanın Daxili İşlər Nazirliyi Latviyanın ədliyyə naziri İnese Libinya-Eqnere, maliyyə naziri Arvils Aşeradens və əkinçilik naziri Armand Krauze barəsində də axtarış elan edib.

Xəbər lenti

Tağı Əhmədov vəfat edib
21:15 • 18 Oktyabr 2024

Çox oxunanlar