Xəzər Xəbər

Şimali Koreya Yapon dənizinə doğru bir neçə qanadlı raket atıb

Dünya | 09:08 • 14 Fevral 2024
Şimali Koreya Yapon dənizinə doğru bir neçə qanadlı raket atıb

Şimali Koreya şərq sahillərindən Yapon dənizinə bir neçə qanadlı raket buraxıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadla məlumat yayıb.

Raket buraxılışı saat 09:00 (Bakı vaxtı ilə saat 04:00) radələrində baş verib. Onların sayı dəqiqləşdirilməyib.

Cənubi Koreya tərəfi ayıq-sayıqlığı gücləndirdiyini və ABŞ-la əməkdaşlıq çərçivəsində Pxenyanın hərəkətlərinə nəzarət etdiyini qeyd edib.

Agentlik əlavə edib ki, bu, Şimali Koreyanın ilin əvvəlindən bəri beşinci qanadlı raket buraxılışıdır.

Xəbər lenti

Çox oxunanlar