Xəzər Xəbər

Şiddətli yağış bir nəfər həyatına son qoydu - Antalyada

Dünya | 16:23 • 13 Fevral 2024
Şiddətli yağış bir nəfər həyatına son qoydu - Antalyada

Türkiyənin Antalya vilayətinə dünən axşam saatlarından başlayan şiddətli yağış daşqınlara səbəb olub. Təbiət hadisəsi zamanı bir nəfər həyatını itirib.

Xezerxeber.az yerli mediaya istinadən xəbər verir ki, yağışların təsirinə məruz qalan ərazilərə yardım məqsədilə 2131 nəfərdən ibarət işçi qrupu cəlb olunub. Bölgədən 989 vətəndaş təxliyə edilib. İndiyədək zərərçəkənlərlə bağlı 3500-ə yaxın müraciət daxil olub. Yağışlar səbəbindən Antalyanın Kəmər bölgəsində torpaq sürüşmələri baş verib.

Təcili ehtiyacların qarşılanması bölgəyə üçün 20 milyon lirəlik yardım göndərilib.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024

Çox oxunanlar