Xəzər Xəbər

Amerikalıların 86 faizi Baydeni prezidentlik üçün çox yaşlı hesab edir

Dünya | 14:06 • 12 Fevral 2024
Amerikalıların 86 faizi Baydeni prezidentlik üçün çox yaşlı hesab edir

ABŞ-də keçirilən sosioloji sorğunun nəticələrinə görə, amerikalıların 86 faizi Cozef Baydeni prezidentlik üçün çox yaşlı hesab edir.

Xezerxeber.az xəbər verir ki, sorğuda iştirak edən respondentlərin 59 faizi həm demokrat Cozef Baydenin, həm də respublikaçı Donald Trampın prezidentlik yarışında iştirak etmək üçün çox yaşlı olduğunu düşünür.

ABC telekanalı və “İpsos” analitika agentliyi tərəfindən fevralın 9-10-da keçirilən sorğuda 528 nəfər iştirak edib.

Xatırladaq ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrına təyin olunub. Ötən il aprelin 25-də 81 yaşlı Cozef Bayden yenidən dövlət başçısı seçilmək üçün çalışacağını deyib. Bu yaxınlarda 78 yaşı tamam olacaq Donald Tramp isə noyabr ayında prezident postu uğrunda mübarizəyə başladığını elan edib. O, hazırda Respublikaçılar partiyasından prezidentliyə ən real namizəd hesab olunur.

Xəbər lenti

Çox oxunanlar