Ukrayna və Polşa sərhədindəki keçid məntəqələrində etirazlar səbəbindən təxminən 1300-dən çox yük maşını növbədə dayanıb.
Bunu Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko bildirib.
Onun sözlərinə görə, “Rava-Russkaya-Xrebnoye” və “Dorohusk-Yaqodin” keçid məntəqələri bağlanıb.
Demçenko aydınlaşdırıb ki, fevralın 11-də Polşa ərazisində Yaqodinin qarşısında 700, Rava-Russkayada 400 yük maşınından ibarət növbə yaranıb. Açılan “Medika-Şeqini” məntəqəsində isə 240 yük maşını dayanıb.
Demçenko qeyd edib ki, sərhəddə nəqliyyatın intensivliyi kifayət qədər aşağıdır.
Mənbə: gazeta.ru