ABŞ Konqresi Türkiyə ilə 40 yeni "F-16" qırıcısının satışı və modernləşdirilməsi ilə bağlı müqaviləni təsdiqləməyə qərar verib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Amerikanın Ankaradakı səfirliyi özünün X (keçmiş Twitter) səhifəsində məlumat yayıb.
“Bu həftə Konqresin Türkiyənin 40 yeni və 79 təkmilləşdirilmiş "F-16" təyyarəsi almasına razılıq verməsi irəliyə doğru böyük addımdır. Türkiyənin "F-16" donanması müttəfiqlər arasında gələcək qarşılıqlı fəaliyyətin təmin edilməsində NATO qüvvələri üçün çox vacibdir” - səfirlik bu barədə diplomatik missiyanın rəhbəri Cefri Fleykin bəyanatına istinadən xəbər verir.