Xəzər Xəbər

Baydendə demensiya əlamətləri var - Professor

Dünya | 09:58 • 11 Fevral 2024
Baydendə demensiya əlamətləri var - Professor

ABŞ Prezidenti Cozef Baydendə yaşla əlaqədar demensiyanın əlamətləri özünü göstərir.

Bunu  “Fox News”a müsahibəsində Cons Hopkins Universitetinin professoru və cərrah Marti Makari deyib.

“Koqnitiv (idrak) tənəzzül gözümüzün qarşısında baş verir. Beş il əvvəllə müqayisədə bugünkü fəaliyyət tərzində çox nəzərəçarpan fərq var. Bu, həqiqətən kədərlidir”, - o deyib.

Həkim xatırladıb ki, hər bir insan vaxtaşırı bəzi sözləri unuda və ya səhv edə bilər, lakin Baydenin vəziyyətində sürətlə artan yaddaş itkisi və nitqin ləngiməsi nəzərə çarpır.
Makarinin sözlərinə görə, amerikalıların Baydenin prezidentlik yarışında iştirakından narahat olmaq üçün hər cür əsası var. O hesab edir ki, hazırkı Amerika liderinin vəziyyəti çətin ki sabitləşsin və normallaşsın.

Xatırladaq ki, fevralın 9-da, ABŞ-nin 81 yaşlı Prezidenti Cozef Baydenin həyatı və karyerası ilə bağlı əsas faktları xatırlaya bilməməsini açıqlayan xüsusi prokuror Robert Hyorun hesabatından sonra keçmiş prezidentlər Barak Obama və Donald Trampın həkimi Ronni Cekson Amerika liderini Demokrat Partiyasının prezidentliyə namizəd olmaq niyyətindədirsə, ümumi seçkidən əvvəl zehni qabiliyyət testindən keçməyə çağırıb.

Həkim diaqnoz qoymayıb, lakin etiraf edib ki, Baydenin yaşla bağlı koqnitiv problemləri var: o, qeyri-səlis danışır, harada olduğunu unudur və adları xatırlaya bilmir. (oxu.az)

Xəbər lenti