Xəzər Xəbər

Helikopter qəzasında bank direktoru ailəsi ilə birlikdə həlak olub

Dünya | 09:44 • 11 Fevral 2024
Helikopter qəzasında bank direktoru ailəsi ilə birlikdə həlak olub

Nigeriyanın "Access Bank"ının baş icraçı direktoru Herbert Viqve, həyat yoldaşı və oğlu Kaliforniya-Nevada sərhədində helikopterin qəzaya uğraması nəticəsində həlak olublar.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru, əvvəllər Nigeriyanın maliyyə naziri vəzifəsində çalışmış Nqozi Okonjo-İveala bildirib. 

Bundan əvvəl NBC telekanalı məlumat vermişdi ki, "Eurocopter EC 130" helikopteri Kaliforniyada Nevada sərhədi yaxınlığında Nipton şəhəri yaxınlığında qəzaya uğrayıb. Helikopterdə 6 nəfər olub, onlardan heç biri sağ qalmayıb.

Xəbər lenti

Çox oxunanlar