Xəzər Xəbər

Türkiyənin ilk astronavtı bu gün Yerə qayıdır

Dünya | 16:27 • 9 Fevral 2024
Türkiyənin ilk astronavtı bu gün Yerə qayıdır

Türkiyəli astronavt Alper Gezeravcının da daxil olduğu Ax-3 kosmik heyətin bu gün Türkiyə vaxtı ilə 16:22-də Yer planetinə qayıtması gözlənilir.

Xezerxeber.az xəbər verir ki, planlaşdırılan eniş ABŞ-nin Florida ştatının şərqində Atlantik okeanında və qərbdə Meksika körfəzində yerləşən yeddi potensial eniş nöqtəsindən birində həyata keçiriləcək.

Xatırladaq ki, 2023-cü il sentyabrın 12-də NASA və “Axiom Space” Alper Gezeravcı da daxil olmaqla, “SpaceX AX-3” kommersiya missiyasının ekipajının formalaşdırıldığını elan edib. 2024-cü il yanvarın 18-də türkiyəli astronavt missiyanın mütəxəssisi qismində “Crew Dragon” kosmik gəmisi ilə Beynəlxalq Kosmik Stansiyaya uçub.

Xəbər lenti

Çox oxunanlar