Xəzər Xəbər

Nyu-Yorkda 70 məmur korrupsiya ittihamı ilə həbs edilib

Dünya | 14:29 • 8 Fevral 2024
Nyu-Yorkda 70 məmur korrupsiya ittihamı ilə həbs edilib

Nyu-York şəhər mənzil-tikinti idarəsinin (New York City Housing Authority) onlarla əməkdaşı və podratçısı həbs edilib.

"NBC New York" telekanalı xəbər yayıb ki, bu, Ədliyyə Nazirliyi tarixində korrupsiyaya qarşı ən böyük kampaniyalardan biridir. Saxlanılan 70 nəfər mənzil-tikinti idarəsinin obyektlərində müxtəlif korrupsiya və geri ödəmə sxemlərinin təşkilində ittiham olunur. Günahları sübuta yetiriləcəyi təqdirdə onları 10-20 il həbs cəzası gözləyir.

İstintaqın məlumatına görə, cinayətkarlar açıq tender tələb etməyən və müxtəlif layihələr üzrə ümumi həcmi 13 milyon dollarlıq müqavilələrə görə 2 milyon dollardan çox qanunsuz qazanc əldə ediblər. Geri ödəmə sxemləri arasında, həmçinin ictimai mənzil layihələrində tikinti və texniki xidmət üzrə müqavilələr də var.

Telekanal qeyd edir ki, Nyu-York şəhər mənzil-tikinti idarəsinin mənzillərində 300 mindən çox insan yaşayır.

Xəbər lenti