Xəzər Xəbər

İstanbuldakı terror aktı ilə bağlı saxlanılanların sayı 93-ə yüksəlib

Dünya | 13:00 • 8 Fevral 2024
İstanbuldakı terror aktı ilə bağlı saxlanılanların sayı 93-ə yüksəlib

İstanbulun Çağlayan ədalət sarayının girişində törədilən silahlı hücumla bağlı araşdırmalar davam edir.

Xezerxeber.az xəbər verir ki, terror aktı ilə əlaqədə şübhəli bilinərək saxlanılanların sayı 93-ə yüksəlib.

Araşdırmalar beş prokuror və ölkənin baş prokurorun vəkili tərəfindən aparılır.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 11:46-da İstanbulun Çağlayan məhkəməsinin binası qarşısındakı təhlükəsizlik postuna silahlı hücum edilib. Hadisə zamanı bir vətəndaş həlak olub. Hücumun iştirakçıları - İnqilabçı Xalq Azadlıq Partiyası-Cəbhəsi (DHKP-C) terror təşkilatının iki üzvü hadisə yerində öldürülüb.

Xəbər lenti