Xəzər Xəbər

Qonşu ölkədə torpaq sürüşməsi 9 nəfərin həyatına son qoydu

Dünya | 11:52 • 8 Fevral 2024
Qonşu ölkədə torpaq sürüşməsi 9 nəfərin həyatına son qoydu

Gürcüstanın İmereti bölgəsinin Bağdati bələdiyyəsinin Nergeeti kəndində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Fövqəladə Halların İdarəetməsi Xidməti yayıb.

Xilasedicilər dünən axşam və bu gecə daha iki nəfərin cəsədini torpaq altından çıxarıblar. Bununla da təbii fəlakət nəticəsində ölənlərin sayı 9 nəfərə yüksəlib. Axtarışlar davam etdirilir.

Axtarış-xilasetmə işlərinin aparıldığı ərazidə torpaq kütləsinin hündürlüyünün 30 metr olduğu bildirilir.

Qeyd edək ki, fevralın 7-də gecə saatlarında Bağdati bələdiyyəsinin Negreeti kəndində torpaq sürüşməsi baş verib. Nəticədə bir neçə ev torpaq altında qalıb.

Xəbər lenti

Çox oxunanlar